Rusiyalı ekspert və siyasi analitik Mixail Neyjmakov Şimal-Cənub Dəhlizinin İnkişafı fonunda Qara dəniz bölgəsindəki risklər haqqında danışıb.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, xüsusən də Qara dəniz bölgəsindəki sanksiya təzyiqi və qeyri-sabitlik şəraitində Rusiya ilə "Azərbaycan" üçün strateji amildir.
“Dəhliz Azərbaycana beynəlxalq nəqliyyat qovşağı statusunu gücləndirməyə imkan verir, Rusiyaya isə yük daşımaları üçün yeni marşrutlar imkanı verir. Dəhlizin uğurla fəaliyyət göstərməsi üçün infrastruktur sahəsinə əlavə investisiya qoyuluşu, o cümlədən İranda Astara-Rəşt xəttinin tikintisi tələb olunur. Qara dəniz bölgəsində ən azı gələn il davam edəcək yüksək risk səviyyəsi marşrutun inkişafını daha çox stimullaşdırır”, deyə Neyjmakov fikir səsləndirib.
Stopnarkotik.az