"Narkoloji dispanserə yerləşdirilməmişəm, sadəcə olaraq..." - XANLAROVADAN AÇIQLAMA / VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə getməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bu məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə və mediada müxtəlif ehtimallar irəli sürülüb, aktrisanın həmin müəssisələrə yerləşdirilməsi ilə bağlı iddialar ortaya çıxıb.

Stopnarkotik.az xəbər verir ki, yaranmış suallara aydınlıq gətirmək məqsədilə Mehriban Xanlarova daha sonra videomüraciət yayaraq, sözügedən addımının əsl səbəbini ictimaiyyətə açıqlayıb:

“Dünənki açıqlamamdan sonra qohumlarım, dostlarım, hətta qonşularım belə mənimlə əlaqə saxlayıb maraqlanıblar ki, narkoloji dispanserə niyə yerləşdirilmişəm, nə baş verir? Bir daha açıq şəkildə demək istəyirəm ki, mən evimdəyəm. Narkoloji dispanserə yerləşdirilməmişəm. Sadəcə olaraq, həm Narkoloji Mərkəzə, həm də Psixi Sağlamlıq Mərkəzinə özüm getmişəm. Ona görə ki, sabah düşmənlərim haqqımda nəsə danışanda alnım açıq olsun. İstədim ki, hər şey rəsmi şəkildə, analizlərlə, tibbi nəticələrlə sübut olunsun. Analizlərimin cavabları çıxan kimi də onları sizinlə paylaşacağam".

Xatırladaq ki, Əməkdar artist bir müddət əvvəl Akademik Milli Dram Teatrında baş verən qalmaqallardan sonra öz ərizəsi ilə teatrdan ayrılıb.

***12/17/2025 - 12:08

Əməkdar artist Mehriban Xanlarova Respublika Narkoloji Mərkəzinə yerləşdirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə aktrisanın özü sosial şəbəkə hesabında paylaşdığı video görüntü vasitəsilə məlumat yayıb.

Videomüraciətində Mehriban Xanlarova bildirib:

“Mən bura niyə və hansı səbəbdən gəldiyimi tezliklə açıqlayacağam”.

Qeyd edək ki, Əməkdar artist bir müddət əvvəl Akademik Milli Dram Teatrında baş verən qalmaqallardan sonra öz ərizəsi ilə teatrdan ayrılıb.