Gürcüstanda Gömrükdə yenilik - hər yükü polis və gömrükçülər birgə yoxlayacaq

Gürcüstanda kriminal polis sərhəddə yüklərin yoxlanılmasına qoşulacaq. Gürcüstan Parlamenti təcili olaraq Gömrük Məcəlləsinə düzəlişlər edilməsini nəzərdən keçirir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN nazirinin müavini açıqlama verib.

Bu düzəlişlərə əsasən, kriminal polis əməkdaşları sərhəddə yükləri və bağlamaları gömrük əməkdaşları ilə birlikdə yoxlayacaqlar. "Sərhəd keçid məntəqələrində, hava limanlarında və poçt terminallarında qruplar fəaliyyət göstərəcək. Məqsəd ölkəyə daxil olan və çıxan bütün yükləri və şübhəli bağlamaları hərtərəfli yoxlamaqdır", deyə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

Stopnarkotik.az