Yevlaxda kişi bıçaqlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə noyabrın 16-sı baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü İlkin Musayev Yevlax şəhəri, M.Sübhi küçəsində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı 1983-cü il təvəllüdlü Elnur İsrəfilova üzərində gəzdirdiyi bıçaqla zərbələr yetirərək sağlamlığına ağır dərəcəli zərər vurub.
Faktla bağlı Yevlax rayon polis şöbəsində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.