Türkiyənin Diyarbakır bölgəsində qız evində oturduğu yerdə başından güllə yarası alıb.
Yeniyetmə yoldan keçən avtomobildən təsadüfən atılan atəş nəticəsində ağır yaralanıb. Hadisə gecə saatlarında Yenişehir səmtində baş verib. İddialara görə, hərəkətdə olan avtomobildən təsadüfi atəş açılıb.
Pəncərədən içəri keçən 2 güllədən biri fərdi yaşayış evində yaşayan Sultan O.-nun başına dəyib.
Həkimlərin ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Sultan O.-nun həyati təhlükəsinin olduğu öyrənilib.
Faktla bağlı araşdırılma aparılır./lent.az