Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, zərərli vərdişlərdən uzaq tutmaq məqsədilə Yardımlı rayonunun Anzov və Bozayran kənd tam orta məktəblərində maarifləndirici görüşlər keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Rayon Polis Şöbəsinin əməkdaşları real həyatdan götürülmüş nümunələr əsasında şagirdlərə narkomaniyanın fəsadlarını izah edib, onları zərərli vərdişlərdən uzaq olmağa çağırıblar. Qeyd edilib ki, hər bir gənc sağlam düşüncəsi və düzgün seçimləri ilə gələcəyini qorumalıdır.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
