"Üzərinizdə üzərlik daşınması hüquqi məsuliyyət yarada bilər" - NAZİRLİK VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ

Ədliyyə Nazirliyi vətəndaşları üzərlik (Peganum harmala) bitkisini xarici ölkələrə aparmamağa çağırıb. 

Stopnarkotik.az-ın məlumatına əsasən, nazirlik bildirir ki, son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərliklə sərhədi keçməyə çalışan şəxslərin saxlanması halları artıb.

Üzərlik xalq təbabətində və müxtəlif ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki harmalin və harmin kimi bəzi alkaloidlər psixotrop təsirə malikdir və bir sıra ölkələrdə dövriyyəsi qadağan olunmuş maddələr siyahısına daxildir.

Ədliyyə Nazirliyi xəbərdarlıq edir ki, üzərlik bitkisi, toxumu, ekstraktı və digər formalarının üzərinizdə daşınması hüquqi məsuliyyət yarada bilər.

Stopnarkotik.az