Trampın müharibə hazırlığı narkokartelləri yoxsa Maduronu devirəcək?

Tramp Venesuela sahillərinə minlərlə əsgər və ona yaxın hərbi gəmi göndərib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Axios yazıb. O prezident Nikolas Maduronu devirə bilər.

Nəşr yazır ki, rəsmi səbəb narkokartellərlə mübarizədir, lakin bu, daha çox Maduronun devrilməsinə hazırlıqlara bənzəyir.

“Tomahawk” raketləri olan üç esmines, “Ticonderoga” sinifli kreyseri və hücum sualtı qayığı da daxil olmaqla yeddi hərbi gəminin hərəkəti qeydə alınıb. Əməliyyatda 4,5 minə yaxın hərbi qulluqçu və 2,2 min dəniz piyadasının iştirak etdiyi bildirilir. 

Yəni formal olaraq, missiya narkotik ticarətinə qarşı əməliyyat kimi elan edilir, lakin Axiosun yazdığı kimi, Vaşinqton ABŞ-ın 50 milyon dollar mükafat təyin etdiyi və narkokartelin rəhbəri sayılan Nikolas Maduro rejiminə qarşı əməliyyata çevrilə biləcəyini gizlətmir.

Stopnarkotik.az