Fransız müstəntiqləri “Telegram”ın yaradıcısı və baş meneceri Pavel Durovun mövcud problemlərdən xəbərdar olmasına baxmayaraq, Parisə gəlməyə cəsarət etməsinə təəccüblənirlər.
Bu barədə AFP yazır.
"Artıq Telegram-ın cəzasız qalmasına yetər" deyə Fransanın hüquq-mühafizə orqanındakı anonim bir əməkdaşı agentliyə bildirib.
Onu da qeyd edək ki, eyni zamanda, Durov özü aprel ayında Taker Karlsona verdiyi müsahibədə etiraf edib ki, həbs olunacağı təqdirdə Telegram-ın fəaliyyətini davam etdirmək üçün əvvəlcədən tədbirlər görüb.
Xatırladaq ki, Durov avqustun 24-də Paris Le Burje hava limanına enən kimi saxlanılıb.
*** 00:58
"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.
Bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.
Onun Azərbaycandan dönərkən saxlanıldığı iddia edilir.
Milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.
O, bu axşam hakim qarşısına çıxmalıdır.
Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.
Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Durov 2021-ci ildən Fransa vətəndaşlığı alıb./apa