TƏBİB bıçaqlanmış məktəblilərin vəziyyətini açıqladı

Bakıda bıçaqlanan 2 məktəblinin vəziyyəti məlum olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

2007-ci il və 2008-ci il təvəllüdlü oğlanlar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.

Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir", - qurumdan əlavə edilib.