Şabranda çaydan 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

Aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsindəbatan 2 nəfərin kimliyi müəyyənləşib.

Stopnarkotik.az xəbər verir ki, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

***10:21

Şabranda çaydan iki meyit tapılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.