20,6 KQ MARİXUANA, 3,4 KQ HEROİN , 1,8 KQ "PATI"... - Gün ərzində aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 16-da ümumi çəkisi 25,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,4 kiloqramdan artıq heroin, 20,6 kiloqrama yaxın marixuana, 1,8 kiloqramdan çox metamfetamin və tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.