ABŞ Dövlət Departamentinin nümayəndə heyəti təhlükəsizlik səbəbi ilə Dəməşqdə mətbuat konfransını ləğv edib.
AFP xəbər verir ki, bu barədə ABŞ səfirliyinin rəsmisi məlumat verib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri Suriyanın yeni hakimiyyəti ilə müzakirələr aparmaq üçün Dəməşqə səfər edib.