1999-cu il şəxs (kişi cinsli) döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, əməliyyat olunan şəxsin hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
*** 16:01
Sumqayıtın “BTZ bağları” adlandırılan ərzisində ata oğlunu balta ilə yaralayıb.
Stopnarkotik.az xəbər verir ki, Sumqayıt sakini Arzuman Əhmədov oğlu Məhəmmədəli Əhmədova xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı qeyd olunur.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiq edib.