Özbəkistan təhlükəsizlik qüvvələri külli miqdarda qaçaqmal qızılı ələ keçirib.
Stopnarkotik.az xəbər verir ki, Fərqanə vilayətində Özbəkistan-Qırğızıstan sərhədində Dövlət Təhlükəsizliyi Xidmətinin sərhədçiləri külli miqdarda qaçaqmal qızılın ölkəyə keçirilməsi cəhdinin qarşısını alıblar. 32 və 34 yaşlı iki kişi gizli yolla 19 kiloqram qızıl-zinət əşyalarını Qırğızıstandan keçirməyə cəhd ediblər.
Qaçaq mal ehtiyatla gizlədilib - əşyalar briketlərdə sıxılıb və idman çantalarına yerləşdiriib. Gömrük nəzarətindən yan keçmək cəhdi həbslə başa çatıb. Müsadirə edilən qızıl-zinət əşyalarının dəyəri ilkin olaraq 20 milyard sum qiymətləndirilir. Qaçaqmal qızılın bütün partiyası ekspertizaya göndərilib, cinayət işi başlanmaq üzrədir.
Bundan əvvəl isə təhlükəsizlik qüvvələri qızılları intim yerlərdə gizlətməyə çalışan qadınları yaxalamışdı, kişilər isə qızılı çantalarda daşımağa qərar vermişdilər.
Stopnarkotik.az