Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.