04.12.2025-ci il tarixində saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
"Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.
Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
***09:57
Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.
Stopnarkotik.az report-a istiandən xəbər verir ki, rayonun Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***09:03
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./apa