"Siyəzən Broyler"də ölüm: 61 yaşlı qadın yeməkxanada dünyasını dəyişdi

"Siyəzən Broyler" fabrikində ölüm hadisəsi qeydə alınıb.

Siyəzən şəhər sakini, 61 yaşlı Rəfiqə İsaqova qəfildən fabrikin yeməkxanasında keçinib.

Qadının ürəktutmadan vəfat etdiyi deyilir. Fakt Bizim.Media-ya Siyəzən Rayon İcra Hakimiyyətindən təsdiqlənib. Bildirilib ki, ölüm hadisəsi ilə bağlı Siyəzən rayon prokurorluğu araşdırma aparır./"bizim.media"