Əsəd ailəsinin xaricdəki sərvəti beynəlxalq ov obyektinə çevrilir - WSJ

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin xaricdə yerləşən aktivləri beynəlxalq səviyyədə əsl ov obyektinə çevriləcək.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qəzet qeyd edir ki, Bəşər Əsədin xaricdə əldə etdiyi əmlaklar arasında Rusiyada daşınmaz əmlak, Vyanadakı otellər və Dubayda şəxsi təyyarə kimi əşyalar var. Əvvəllər Əsədin aktivlərini tədqiq etmiş Ağ Evin keçmiş rəsmisi Endryu Tablerin sözlərinə görə, onlar “beynəlxalq səviyyədə ovlanacaq”: "Onların (Suriyanın keçmiş prezidentinin ailəsini nəzərdə tutur – red.) həmişə B planı olub və onlar sürgünə yaxşı hazırlaşıblar".

WSJ-nin yazdığına görə, Əsəd ailəsinin xarici ölkələrdə yerləşdirilən sərvətinin dəyəri 12 milyard dollardan yuxarıdır.