Samuxda 17 yaşlı oğlan intihar edib.
Stopnakotik.az-ın məlumatına görə, hadisə rayonun Kolayır kəndində baş verib.
2004-cü il təvəllüdlü Rəhimli Nurlan Təbiz oğlu yaşadığı evdə özünü asıb.
Yeniyetmənin hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.