Salyanda İcra Hakimiyyətinin əməkdaşı və daha 3 nəfər öldü

Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.

Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.