Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Stopnarkotik.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Fasiləyə səbəb, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbilə saat 06:00-dan 20:00-a qədər təmir işlərinin aparılmasıdır.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.