Rusiya məhkəməsi dördüncü azərbaycanlı barəsində HƏBS QƏRARI VERDİ

Yekaterinburq məhkəməsində şübhəli şəxs kimi saxlanılmış azərbaycanlı Şahin Lalayev barəsində 72 saat müddətində həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, hazırda iş üzrə Əhliman Gənciyevin barəsində qətimkan tədbirinin seçilməsi məsələsi məhkəmədə müzakirə olunur.

Daha sonra Bakir Səfərov hakim qarşısına çıxarılacaq.

*** 15:18

Yekaterinburq məhkəməsi Ayaz Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və Ayaz Səfərovu 22 gün müddətinə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

Hazırda məhkəmə dördüncü ittiham olunanın - Şahin Lalayevin işinə baxılır.

*** 14:22

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

**