Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.

Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.