"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna, yəqin ki, toxunulub".
TASS xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Rusiya liderinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərində Zəngəzur dəhlizi mövzusunun müzakirə olunub-olunmadığına dair sualı cavablayıb.
"Putin onların hər biri ilə ayrı-ayrılıqda üz-üzə danışıb. Üstəlik, prezident yarım saat oturub, ona görə də, mütləq ki, fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi mövzusuna da toxunulub", - deyə Peskov bildirib.