Prezident qvardiyasının rəhbəri özünü ölkənin yeni lideri elan etdi - NİGERDƏ HƏRBİ ÇEVRİLİŞ

Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.

Xarici KİV-lər xəbər verir ki, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun hərbi şuranın, Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti olduğu göstərilib.

Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib. O əlavə edib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.