İspaniyanın Kataloniya bölgəsində polis reydləri demək olar ki, gündəlik işdir. Stopnarkotik.az xəbər verir ki, Kataloniyada sürətlə artan qeyri-qanuni çətənə istehsalına qarşı sərt tədbirlər görülməsinə baxmayaraq, bu qeyri-qanuni ticarət çox vaxt yerli və beynəlxalq narkotik tacirləri tərəfindən idarə olunur.
İndi bir sıra ölkələr, əsasən Şimali və Cənubi Amerika marixuananı leqalaşdırır. İspaniya polisi marixuana ticarəti ətrafında mütəşəkkil cinayətkarlığın artdığını iddia edir. Narkotik cinayətkarlığı kriminal dəstələrin getdikcə böyüdüyü təhlükəli bölgələrlə müşahidə olunur. Polisin sözlərinə görə, bu dəstələr marixuana klublarına baş çəkən kiçik miqyaslı çətənə becərənlər və istifadəçilər deyil, külli miqdarda çətənə yetişdirən və xaricə ixrac edən böyük narko-kriminal dəstələridir.
Kataloniya polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəhbəri Antonio Salleras deyir: “Bəzi daşınmaz əmlak və ya nəqliyyat xidmətləri indi demək olar ki, yalnız çətənə istehsalçıları üçün işləyir. Narkotik satan dəstələr arasında plantasiyaları qorumaq üçün artan cinayətkarlıq qeyri-qanuni odlu silah saxlama hallarının artmasına gətirib çıxarır”.
Ötən il Kataloniya polisi 2021-ci ildəkindən 3 dəfə çox olan 26 ton marixuana qönçəsi müsadirə edib, marixuana yetişdirmək və satmaqla bağlı 2 130 nəfəri həbs edib. Kataloniya çevik qanunlarına, iqliminə və digər amillərə görə çətənə yetişdirməkdə ən çox inkişaf edən ərazilərdən biridir. Bir qram marixuananın qiyməti təxminən 6 avrodur. Avropanın başqa yerlərində 6 qram iki-dörd dəfə baha satılır.
Marixuana və ondan hazırlanan narkotiklərin istehlakı Barselonanın özündə, o cümlədən özəl klublarda da sürətlə inkişaf edir. AB Narkotik Agentliyinin (EMCDDA) araşdırması göstərir ki, Barselona 2022-ci ildə onlarla Avropa şəhərinin tullantı sularında aşkar edilən marixuana miqdarına görə, Cenevrə və Amsterdamdan sonra üçüncü olub. AB Narkotik Agentliyinin göstəricilərinə görə, marixuana ondan əldə edilən bütün məhsullar üçün istifadə edilən termindir. Onun müsadirəsi 2021-ci ildə ən yüksək səviyyəyə çatıb, İspaniya isə bu göstəricinin 66%-ni təşkil edib.
EMCDDA-nın direktoru Aleksis Qudsdel “Reuters”ə bildirib ki, qeyri-qanuni şəkildə yetişdirilən çətənə geniş miqyaslı istehsal üçün əlverişli iqlimi olan Kataloniya kimi ərazilərdə artıb və bu tendensiya "bütün Aİ üzv dövlətlərini narahat edir".
Qanuni boşluqlar və milli qanun-qaydaların olmaması səbəbindən marixuananın alınmasına, çəkilməsinə icazə verilən özəl klubların sayı Kataloniyada təxminən 600-ə çatıb ki, bunların da İspaniyada sayı cəmi 1500-dür. Başqa sözlə, bu sahəyə İspaniya qanunları yox, AB qanunları hökm edir. Ancaq narkotiin sərbəst alınması və çəkilməsi modeli özünü doğrultmadığna görə, Barselonanın yeni merinin təhlükəsizlik üzrə məmuru mart ayında marixuana klublarını qadağan etmək istədiyini açıqlamışdı.
Təxminən səkkiz il əvvəl yerli istehsal başlayana qədər Kataloniya marixuana üçün tranzit ərazi idi və proses o vaxtdan bəri çox irəliləyib. İndi Kataloniya İspaniyanın marixuana bölgəsidir və ən çox Fransaya avtomobil yolu ilə ixrac edilir.
Salleras bildirib ki, Kataloniya bu məqsəd üçün cəlbedicidir, çünki boş yerlər çoxdur. Bu xüsusiyyət istehsalçıların çətənə becərməsi üçün istifadə edilir. Cinayətkarların deportasiya prosesi uzun sürür və elektrik oğurluğuna həbs cəzası yoxdur. İspaniyada marixuana ilə bağlı cinayətlər qonşu ölkələrlə müqayisədə çox yüngül cəzalandırılır.
İspaniyada marixuana istehsalı qeyri-qanunidir, lakin şəxsi istifadə və ya siqaret üçün yetişdirilməsi, hər ikisinin şəxsi ərazidə baş verməsi cinayət deyil. Toxumların alınmasına yol verilir və marixuana klublarına qoşulmağa konstitusiya ilə icazə verilir. Bu səbəbdən də bölgədə vəziyyət kritik, hətta faciəvidir.
Stopnarkotik.az