"İran-Türkiyə sərhədindəki divar terrorizmin qarşısının alınması məqsədi ilə çəkilib".
Stopnarkotik.az xəbər verir ki, bunuTürkiyənin daxili işlər naziri Süleyman Soylu "Habertürk TV"nin canlı efirində deyib.
O, İranda PKK terror təşkilatının komanda qərargahının olduğunu deyib.
Soylu, həmçinin, 2016-cı ildən bu günə kimi 2 milyon 836 min 775 nəfərin Türkiyəyə qanunsuz yolla girişinin qarşısının alındığını bildirib.