Keşiş Baqratın tərəfdarları onu qarşısını ala bilmədilər
Xəbər verildiyi kimi, keşiş Baqrat Qalstanyan Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyalarını bu gün hökumət binasının qarşısında davam etdirib. O, tərəfdarlarını hökumət binasının qarşısındakı meydana toplayaraq, Paşinyanın binanı tərk etməsinin qarşısını almağa çağırıb. Lakin son məlumatlara görə, buna nail ola bilməyib.
Stopnarkotik.az azpolitika-ya istinadən xəbər verir ki, Ermənistan mətbuatı Nikol Pşainyanın hökumət binasını arxa qapıdan tərk etdityini yazıb. Buna dair videogörüntü də yayımlanıb.
Qalstanyanın “planına” görə etirazçılar saat 18.00-da iş yerini tərk etməli olan Paşinyanın qarşısını kəsməli, onun binanı tərk etməsinə imkan verməməli idilər. Lakin polislə etirazçılar arasında qarşıdurma davam edərkən, Paşinyan arxa qapıdan “aradan çıxa” bilib.
Keşiş Baqrat isə öz tərəfdarlarına Paşinyanın bu hərəkətini şərh edərkən deyib: “Ölkə lideri min ildir açılmayan qapıdan çıxıb qaçdı”.