Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Aza kəndi ərazisində qeydə alınıb.
69-BD-013 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillə 69-BF-392 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.