Nazirliyin “əməkdaşı”na elektron qolbaq taxıldı

Bakıda dələduzluqda təqsirləndirilən U.Əhmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, U.Əhmədova tanışı N.A.-ya (şərti) özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib. Sonra o, həmin şəxsin qardaşı oğlu, zərərçəkmiş Q.Nuriyevə II qrup əlillik təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verərək aldadıb. Belə ki, U.Əhmədova həmin işin görülməsi müqabilində 2022-ci illərdə Sumqayıt şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 5300 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 1 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi qadının şikayətini təmin etməyib.