Bakıda qətl hadisəsi törədilib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Məlumata görə, Bakı sakini Ədil Məhərrəmov bizlə öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qayınatası, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Nəcəf Qafarov tutulub.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.