NATO baş katibi İrana xəbərdarlıq etdi

İran Yaxın Şərqdə iranpərəst qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

"Biz ABŞ-nin İraq və Suriyadakı mövqelərinə pilotsuz təyyarələr və raket zərbələri, eləcə də ticarət gəmilərinə hücumlar gördük. Bu, eskalasiya riskini artırır. İran öz vəkil qüvvələrini cilovlamalıdır", - baş katib deyib. 

Stoltenberq qeyd edib ki, iranpərəst qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə genişmiqyaslı mövcudluğu fonunda həyata keçirilir.