Narkotik qaçaqmalçılığı, silah alveri, seks ticarəti… - SEPAH “islam” adı altında daha hansı "hoqqalar"dan çıxır…

Yaxın Şərqdə ən güclü hərbi qurumlardan birinə çevrilən SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu), zaman-zaman regionda proksi müharibələrə və digər münaqişələrə sponsorluq edib. Regionun bir neçə ölkəsində hərbi təlimlər keçirən bu təşkilat son illərdə İran iqtisadiyyatının üçdə birinə nəzarət edir. O cümlədən, bankçılıq, neft satışı, gəmiçilik, istehsal və texnologiya daxil olmaqla, bir çox sektorlarda iştirak edir.

SEPAH-a bağlı şirkətlər və digər qeyri-dövlət subyektləri iri neft və infrastruktur layihələri üçün dövlətin "tendersiz" müqavilələrindən faydalanır. Bu qrantlar və layihələrdən əldə edilən gəlirlər daha sonra xaricdə gizli fəaliyyətlərin maliyyələşdirilməsinə, eləcə də korpusun hərbi potensialının gücləndirilməsinə sərf olunur.

Malların və xidmətlərin paylanmasına nəzarət etməklə, SEPAH öz "elit şəbəkələr"indən hökumət müqavilələrində "imtiyaz qazanmaq" üçün istifadə edir. SEPAH terrorun maliyyələşdirilməsi və sanksiyaya düşmüş silahların xaricdəki "tətikçi döyüşçülərinə" daşınmasına kömək etmək üçün spirt, narkotik, silah və digər malların qaçaqmalçılıq yolu ilə keçirilməsindən ötrü gizli hərbi limanlar və hava limanları sistemindən istifadə edir. İran dövləti və onun maliyyə nöqtələri ölkənin siyasi və maliyyə strukturlarına nəzarət etməklə narkotik qaçaqmalçılığı, seks ticarəti və terror şəbəkələrini idarə edir, eyni zamanda cəzadan yayınırlar. Yarandığı gündən bəri SEPAH ənənəvi İslam dəyərlərini qorumaqdan uzaqlaşıb, indi isə ölkənin baş qaçaqmalçısı olaraq, sadalanan qaçaqmal şəbəkəsini "nizamlayır".

İran rejimi üçün muzdlular…

SEPAH-a-Bəsic (silahlı könüllü döyüşçü), Hərbi-Hava Qüvvələri, Dəniz Qüvvələri, Quru Qoşunları (SEPAH-GF) və SEPAH-Qüds Qüvvələri (SEPAH-QF) daxildir. SEPAH-Qüds Qüvvələri (IRGC-QF) onun xarici əməliyyatlarına cavabdeh olan xüsusi qoludur. Qüds Qüvvələri, İranın transmilli narkotik ticarətində iştirakı ilə bağlantılı İraqlı yaraqlılar, “Hizbullah” və “Həmas” da daxil olmaqla, hərbi qruplara təlim və silahların verilməsində fəal rol oynayır. SEPAH Quru Qoşunları dünyadan "şiə könüllüləri"ni cəlb etmək üçün strateji müqəddəs ziyarətgahların, məscidlərin, məktəblərin və İran mərkəzlərinin yaxınlığında xəfiyyələri yerləşdirərək, İran dövləti üçün "muzdlu yığır". SEPAH-ın qondarma şirkətləri əczaçılıq sənayesindən tutmuş telekommunikasiyaya qədər hər sahədə fəal iştirak edirlər. Qurum ölkənin boru kəmərlərinə nəzarət edir və qaçaqmalçılıq əməlini asanlaşdırmaq üçün İranın hava limanlarına nəzarətdən yararlanır.

SEPAH QQ və onun "filiallar"ı sərhəd keçid məntəqlərinə nəzarət etmək və qaçaqmalçılıqdan "vergi tutmaqla", Balkan və Cənub marşrutları üzrə narkoticarətdən böyük gəlir götürürlər. SEPAH-ın bir neçə yüksək rütbəli komandirinin Əfqanıstan, Şərqi Avropa və Latın Amerikasında narkotik qaçaqmalçılığı şəbəkələri ilə əlbir olduqları müəyyən edilib. Məsələn, QQ Ənsar Korpusunun komandiri, briqada generalı Qulamrza Bağbani ABŞ Maliyyə Nazirliyi tərəfindən əfqan heroin qaçaqmalçıları ilə sövdələşmələrdə ittiham olunub. Bağbani narkotik alverçiləri tərəfindən silahların daşınması müqabilində Əfqanıstan və Pakistan sərhədi boyunca narkotiklərin təhlükəsiz keçidini koordinasiya edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında SEPAH QQ-nin Albaniya, Rumıniya və Bolqarıstana qeyri-qanuni narkotik vasitələrin daşınması üçün təyyarə və gəmilərdən istifadə etdiyi iddia edilir və bu, SEPAH-ın “Hizbullah” və Alban mafiyası və Latın Amerikası narkotik kartelləri kimi beynəlxalq qaçaqmalçılıq şəbəkələri arasında əlaqə olduğunu göstərir.

Hər il 12 milyard dollar…

QQ-nin “Hizbullah”ın dəstəyi ilə albanlar Latın Amerikasının ən güclü narkotik dəstələri ilə əlaqələr yarada, heroini kokainlə dəyişdirə və SEPAH-la və “Hizbullah “üçün sərvət qazana bildilər. İİKK-nın qaçaqmalçılıq əməliyyatları təkcə narkotiklərlə məhdudlaşmır. Təşkilat spirtli içkilər, silahlar və digər qeyri-qanuni malların daşınması üçün geniş şəbəkəsindən istifadə edir, nəticədə hər il təxminən 12 milyard dollar gəlir əldə edir və bundan Yəməndə husi üsyançıları, həmçinin Livan və Latın Amerikasında “Hizbullah” və digər terrorçu döyüşçüləri maliyyələşdirmək və silahlandırmaq üçün istifadə edir.

İran hökumətinin və onun sağ əli SEPAH-ın narkotik qaçaqmalçılığı, seks ticarəti və terrorizm kimi qeyri-qanuni fəaliyyətdə ciddi şəkildə iştirak etdiyini sübut edən əhəmiyyətli faktlar var. Bir çoxları dövlətin qeyri-qanuni fəaliyyətdə iştirakını təsdiqləsə də, İran rejimi ilə açıq bağlantını müəyyən etmək çətindir, çünki İran hökuməti onların fəaliyyətlərini daxildə və xaricdə müvəkkil qüvvələr vasitəsilə uğurla gizlədib, eləcə də bu fəaliyyətlərdən əldə edilən gəlirləri ört-basdır edib. İranın qanuni kanallardan istifadə etməklə dövlətin qeyri-qanuni fəaliyyətini gizlətməsi o qədər uğurlu olub ki, ikisini bir-birindən ayırmaq demək olar ki, mümkün deyil. Rejimin qanuni biznesləri qeyri-qanuni fəaliyyətlər üçün mallar əldə etmək üçün istifadə olunur və SEPAH üzvlərinin qeydlərində etiraf etdiyi kimi, birincisindən əldə edilən gəlir ikincinin maliyyələşdirilməsinə sərf edilir.

Ölkənin hazırkı parlamentinin üçdə ikisi SEPAH və Bəsic-ə bağlıdır. Hazırda SEPAH ölkəni İslam İnqilabına qarşı təkcə xarici deyil, həm də daxili təhdidlərdən qoruyur. Məsələn, SEPAH 2009-cu ildə prezident Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra etirazların yatırılmasında rol oynayıb. O cümlədən, hazırda da İranda gedən etirazların qarşısının SEPAH-ın silahlı qüvvələri tərəfindən alındığı, aksiyaçılara məhz onlar tərəfindən güc tətbiq edildiyi sirr deyil. Eynilə, Azərbaycanın İrandakı səfirliyinə hücumda da bu təşkilatın əlinin olduğu şübhəsizdir.

Bəsic 1981-ci ildə SEPAH-ın tabeliyində olan 10 bölmədən biri kimi yaradılıb. Təşkilatın əhatə dairəsi və gücü 2009-cu ilin oktyabrından sonra Bəsiclərin mülki və hərbi potensialını genişləndirən general Məhəmməd Rza Nəqdinin rəhbərliyi altında böyüdü. Qasım Süleymani öldürülməzdən əvvəl Bəsiclərin təkcə İranda deyil, bütün regionda - İraq, Suriya, Livan və Yəməndə mövcud olduğunu qeyd edib.

Regional və qlobal məsələlər

SEPAH Əfqanıstan, İraq, Livan, Fələstin, Suriya və Yəməndəki qeyri-dövlət hərbi qruplarına yardım və təlimlər verir. Muzdlu hərbi qurumlardan istifadə etməklə, İran hökuməti ilə birbaşa və açıq əlaqələrdən qaçmaqla yanaşı, SEPAH regionda əhəmiyyətli təsir göstərə bilir.

SEPAH QQ 2011-ci ildə “Ərəb Baharı”ndan sonra şiə döyüşçüləri "verbovka etmək" və onlara təlim verməklə bölgədəki hərbi təsirini genişləndirməyə davam etdi. 2014-cü ilin iyun ayında İraqı İŞİD/İŞİD qüvvələrinə qarşı müdafiə etmək üçün Xalq Səfərbərlik Qüvvələri (PMQ)-Həşt-əl Şaabi yaradılıb. Həşt-əl-Şaabi xarici siyasətə təsir etmək və İranın regionda hökmranlığını həyata keçirmək üçün "maşaya" çevrildi. 2011-ci ildən başlayaraq SEPAH Əsəd rejimini dəstəkləmək üçün Suriyaya döyüşçülər göndərdi. Suriyada birbaşa SEPAH tərəfindən idarə olunan Bədr hərbi briqadası da var.

(Davamı olacaq)

Stopnarkotik.az