Narkotik kartelləri arasında qanlı toqquşma - 53 NƏFƏR ÖLÜB, 51 NƏFƏR İTKİN DÜŞÜB

Sentyabr ayının əvvəlindən Meksikada cinayətkar qruplar arasındakı toqquşmalarda 100-dən çox ölən və itkin düşən olub.

Xarici KİV-lər xəbər verir ki,  Sinaloa ştatında 53 nəfər öldürülüb, 51 nəfər itkin düşüb.

Sinaloada iki güclü narkotik qruplaşma arasında münaqişə iyulda bu qruplardan birinin lideri İsmael "El Mayo" Zambadanın ABŞ-da həbs edilməsi ilə başlayıb. 

**

74 yaşlı Zambada bildirib ki, “Los Çapitos” qruplaşması onu oğurlayaraq sonradan təyyarə ilə ABŞ-a göndərib. Bu da sentyabrın 9-dan iki qruplaşma arasında qanlı toqquşmaların başlamasına səbəb olub. Nəticədə ştatda bir çox məktəblər bağlanıb, restoran və mağazalar gün ərzində qısa rejimdə çalışır.

**

Zorakılığı aradan qaldırmağa çalışan Meksika hüquq-mühafizə orqanları “Los Çapitos” qruplaşmasının liderinin mühafizə xidmətinin rəisini olduğu ehtimal olunan şəxsi və hazırda həbsdə olan “Sinaloa”-nın keçmiş rəhbərinin oğlunu həbs ediblər.

**

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyan edib ki, ABŞ Sinaloa ştatında zorakılıq dalğasına görə qismən məsuliyyət daşıyır.

Stopnarkotik.az