Türkiyəli iş adamı Qalif Öztürk Gürcüstanda həbsdən vaxtından əvvəl azadlığa buraxılıb.
Stopnarkotik.az xəbər verir ki, 2023-cü ildə Öztürk xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. İş adamının həbsindən sonra Ankara onun ekstradisiyasını tələb etsə də, bu, baş tutmamışdı.
Şirkəti Batumidə otellər və ticarət mərkəzləri şəbəkəsinə sahib olan Öztürk 2022-ci ilin mayında evində və ofislərində bir neçə saatlıq axtarışdan sonra xüsusi əməliyyat zamanı saxlanılıb.
Qalif Öztürk 2015-ci ildə Gürcüstan vətəndaşlığını alıb.Türkiyədə o, çoxsaylı məhkəmə proseslərində iştirak edib və qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Gürcüstanda Öztürk həm də surroqat analardan istifadə edərək bir il ərzində həyat yoldaşı ilə 20 uşaq dünyaya gətirməsi və bunun üçün 170 min dollardan çox pul xərcləməsi ilə tanınır.
Stopnarkotik.az