Narkoticarət dünyasında Meksika kartellərinə qadınlardan ibarət yeni rəqib gəlir - "RAHİBƏLƏR KARTELİ"

Meksika kartellərinin rəqibləri meysana çıxıb. Rahibələr. Daha doğrusu “Rahibələr karteli”. Gəlin hər şeyi növbə ilə nəzər salaq.

Stopnarkotik.az xəbər verir ki, katolikliklə heç bir əlaqəsi olmayan “Vadinin bacıları” adlı beynəlxalq qrup marixuananın müalicəvi xüsusiyyətləri haqqında müjdəni yaymaq üçün toplaşıb.

Xanımlar “bədirlənmiş ay” rituallarını yerinə yetirirlər, bu zaman siqaret çəkir, adaçayı yandırır və xorla oxuyaraq rəqs edirlər. Onlar həmçinin ABŞ-da onlayn olaraq çətənə damcıları, çətənədən çəkilmiş yağlar və məlhəmlər satan kiçik biznesə nəzarət edirlər. Onların istehsal məkanları təkcə Ştatlarda deyil, həm də Mərkəzi Meksikada yerləşir - lakin bacılar dair qorxu ilə yaşayırlar ki, narkotik tacirləri onları ovlayacaq və yerli sakinlər onların görünüşündən məyus olacaqlar.

Bundan başqa, bildirlir ki, "Rahibələr karteli" çətənəni tibbi məqsədlərlə istifadə etmək, yəni "xeyirxahlıq etmək" məqsədilə narkotik istehsal sahələrini kartellərin əlindən almaq istəyir. Həmçinin, bəzi naməlum yollarla onlar artıq ABŞ-a malların - marixuananın qanuni logistikasını təşkil ediblər, lakin gəlir hələ də azdır. Və hər şey pul naminə edilmir...

Görünür, narkotik alverinin qlobal şəkildə leqallaşdırılması “Yeni Nəsil Xalisko” kimi kişilərin psevdo-rahibələrlə əvəzlənməsi ilə reallaşacaq. “Rahibələr karteli”nin leqal marixuana logistikasını ABŞ-a təşkil etdiyini nəzərə alsaq, belə təxmin edə bilərik ki, bu təşəbbüsün arxasında narkotrafiki Meksika kartellərinin nəzarətindən çıxarmaq istəyən Vaşinqton durur. 

Stopnarkotik.az