Narkokartel başçısının oğlu öldürüldü

"Guasave Karteli"nin liderlərindən birinin oğlu dəniz əməliyyatı zamanı öldürülüb.

Stopnarkotik.az xəbər verir ki, Meksikanın "El Sagitario" ləqəbli ən böyük narkotik qaçaqmalçılarından birinin oğlu, "El Piçon" ləqəbli  Pedro İnzunza Norieqa bu gün Şimali Sinaloada metamfetamin laboratoriyasına basqın zamanı öldürülüb.

"El Piçon" atasının əməliyyatlarını idarə etməyə kömək edib, çünki o, ayaq iflici səbəbindən əlil arabasına məhkum olub.

"El Sagitario" ABŞ-da ilk rəsmi "narkoterrorçu" təyin edilib və Guasave Kartelinə "El Musiko" və "El Çapo Isidro" ilə birlikdə - "Üç Zəncir" (Tres Eslabone) adı altında rəhbərlik edir.

Xəbər cəmi 30 dəqiqə əvvəl yayılıb, əlavə məlumat gözlənilir. 

Stopnarkotik.az