Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətlə əlaqədar son yaş həddi azaldılır.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətlə əlaqədar son yaş həddi 36,5 yaşdan 31,5 yaşa endirilir.