Mərakeşdən Quranın yandırılmasına etiraz: səfir geri çağırıldı

İsveçin paytaxtı Stokholmda müqəddəs Quran kitabının yandırılmasından sonra Mərakeş Stokholmdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə Mərakeş Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kralın göstərişi ilə İsveçin ölkədəki müvəqqəti işlər vəkili Rabata, Stokholmdakı səfir isə məsləhətləşmələr üçün geri çağırılıb”, - XİN-in açıqlamasında deyilir.

Nazirlik aksiyanı “bir milyarddan çox müsəlmanın hisslərinə məhəl qoymayan məsuliyyətsiz, düşmənçilik hərəkəti” adlandırıb.

İyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb.

Mitinqdən dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.

Türkiyənin Xarici İşlər Nazirliyi, parlament və hökumət üzvləri hadisəni pisləyib.