Məhkəmə şəhid qardaşına bəraət verdi

Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, İ.Cəfərova bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, İ.Cəfərov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan piyadanı vurub. Xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Bakı Hərbi Məhkməsinin hökmü ilə İ.Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Qeyd edək ki, hərbçi olan İ.Cəfərov Vətən müharibəsi şəhidi Oruc Cəfərovun qardaşıdır.