Meksika həbsxanasında silahlı qiyam: ÖLƏNLƏR VAR

Meksikanın cənubundakı həbsxanada iki məhbusun köçürülməsi zamanı qiyam baş verib.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, digər məhbuslar iki məhkumun başqa həbsxanaya köçürülməsinə qarşı çıxıblar. Onlar mebel və zibili yandırıb, daha sonra həbsxana əməkdaşlarına atəş açıblar. Hadisə nəticəsində yeddi nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Yaralananlar arasında dörd polis əməkdaşı olub.

Məhbuslarla polis arasında toqquşmalar bir neçə saat davam edib. Əməliyyat nəticəsində polis məhbuslardan bir tüfəng, beş tapança, qumbara,14 bıçaq, həmçinin əldəqayrılma silahlar, patronlar, mobil telefonlar və s. müsadirə edib.