Bakı Kənar Dairəvi yolda "Mercedes" markalı avtomobili yolun əks istiqaməti ilə idarə edən sürücü həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirib ki, görüntüdəki hadisə ilə bağlı araşdırma aparılıb:
"Avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozan, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücü təhlükəsizlik tədbirləri qorunmaqla yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb".
Qeyd olunub ki, sürücü Tahir Əliyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib: "Məhkəmə tərəfindən sürücü barəsində 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı verilib".