Lənkəran bazarında 48 yaşlı kişi bıçaqlandı

Dünən Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, saat 07 radələrində Lənkərandakı mərkəzi bazarda rayonun Osaküçə kənd sakin, 1985-ci il təvəllüdlü Bəhruz Tahirov 1977-ci il təvəllüdlü Həbibov Firad Səyad oğluna bıçaqla zərbələr endirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

B.Tahirov CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.