Liz Trass: Rusiyanın çöküşünə hazır olmalıyıq

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass parlamentin İcmalar Palatasında "Vaqner"çilərin Rusiyada qiyama təşəbbüsü barədə çıxış edib. Stopnarkotik.az bu haqda "Sky News"a istinadla bildirir. Daha sonra isə müdafiə naziri Ben Volles bildirib ki, Ukraynaya hücumdan sonra 300 min insan ya həlak olub, ya fərarilik edib, yaxud itkin düşüb. Liz Trass hökuməti Rusiyadakı Putin hökumətinin çökəcəyi təqdirdə plan hazırlamağa çağırıb. İcmalar Palatasında çıxış edərək, Trass deyib: “Biz və bizim müttəfiqlərimiz, o cümlədən ukraynalılar və polyaklarla Baltik ölkələri əmin olmalıdırlar ki, Rusiyanın çöküşü baş verərsə, bizim hazır planımız olacaq”.

Stopnarkotik.az