Kokain ticarəti Malidə ilk dəfə 2008-ci ildə, ABŞ “narkotik bazarının doyması” ilə üzləşən Latın Amerikası kartellərinin məhsullarını Avropaya çatdırmaq üçün yeni yollar axtarmağa başlayanda çiçəkləndi. Malinin Qao şəhəri uzun müddətdir əsas tranzit nöqtəsi olmuşdur.
UNODC-nin (BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi) son hesabatına görə, Qərbi Afrika Cənubi Afrika və ya Avropa vasitəsilə Şərqi və Cənub-Şərqi Asiyaya metamfetamin daşınması üçün tranzit nöqtəsinə çevrilir. 2013-cü ildə Baron Pfetten ilə qapalı görüşlər yəqin ki, o vaxtdan bəri oxşar məsələlərin müzakirəsini əhatə edirdi, başqa sözlə İranla nüvə razılaşmasının “kölgə tərəfi” Hizbullahın narkotiklərin tranziti dünyasına doğru genişlənməsi idi. Və hazırda da ABŞ-la İran arasında gizli şəkildə aparılan məxfi nüvə razılaşması danışıqlarında narkotrafikdə İranın-Hizbullahın da pay alması mövzusunun müzakirəsinin getmədiyinə əmanət yoxdur. Hətta tam əksinə, böyük ehtimalla Amerika qitəsində ABŞ narkotrafikə nəzarət etmək istəyir və İran da “tortdan öz payını almaq” niyyətindədir. Aydındır ki, mal və məhsulların daşındığı tranzit yollarından narkotik də daşınır. Baron Pfettenə gəliincə, 1967-ci ildə Fransanın Lion şəhərində doğulub, diplomat, akademik və mülkədardır. Böyük ehtimalla Avropanın hazırkı siyasi strukturunda “açıq görünməyən”, siyasi təlatümlərin zərurəti ilə özünün əsilzadə və zadəgan keçmişini vurğulamadan siyasi karyera sahibi olan şəxsdir. Pfetten “Şərq-Qərb Strateji Araşdırmalar İnstitutu”nun sədri və “Kembric Universitetinin Emmanuel Kolleci”nin əməkdaşıdır. Maraqlıdır ki, Pfetten 2001-2012-ci illərdə Çin parlamentinin yuxarı palatasının xüsusi dəvət olunmuş üzvü kimi fəaliyyət göstərib və bu, Çində belə vəzifə tutan ilk avropalı olub.
Pfetten, 11 noyabr 2013-cü ildə Cenevrədə əldə edilmiş Müvəqqəti Nüvə Sazişinin uğuruna güclü töhfə verən İran və İsrailin yüksək səviyyəli hərbi komandirləri ilə yanaşı, P5 (BMT-nin TŞ üzv ölkələri) ölkələrinin yüksək səviyyəli rəsmilərinin də iştirak etdiyi İranın nüvə proqramı ilə bağlı bir sıra şəxsi görüşlərə ev sahibliyi edib.
Pfetten 1991-1992-ci illərdə Almaniyanın Bonn şəhərindəki Fransa səfirliyində müvəqqəti nümayəndə olub. 28 yaşında Cenevrədə Ümumdünya Ticarət Təşkilatında və 1996-1997-ci illərdə BMT-nin Silahsızlanma Konfransında Daimi Nümayəndəsi kimi BMT-nin ən gənc səfiri olub.
“Financial Times”ın verdiyi xəbərə görə, Baron Pfetten 2011-ci ildə özünün Fransadakı qəsrində Vatikan nazirlərindən ibarət nümayəndə heyəti və yüksək ranqlı Çin məmurlarının Fransa ilə üçtərəfli görüşünü təşkil edib. Nəticədə tərəflər arasında 2-ci Dünya Müharibəsindən bu yana ilk dəfə tərəflər arasında 2019-cu ildə Memorandumun imzalandı. 11 iyul 2018-ci ildə Pfetten dəyişən dünya düzənində xarici siyasətə dair məsləhətlər vermək üçün Böyük Britaniyanın Lordlar Palatasının Beynəlxalq Münasibətlər üzrə Seçmə Komitəsinə dəvət edilib.
Yəqin ki, baronun çinli dostları “Sam Qor” kriminal sindikatı ilə Hizbullah arasında əməkdaşlıq perspektivlərini də nəzərə alıblar. “Sam Qor” əsasən Cənub-Şərqi Asiya və Sakit okean regionu ölkələrində fəaliyyət göstərən transmilli cinayətkar sindikatdır, “14K”, “Voşinvo”, “Sanyon”, “Daquan” və “Bamboo Union” triadalarından ibarətdir. Sindikat dünyanın hər yerindən kriminal qruplarla, o cümlədən yakudzalarla, müxtəlif ölkələrin cinayətkar qrupları ilə, Avstraliyanın “Livan” mafiyası ilə əməkdaşlıq edir. “Sam Qor”un əsas istiqaməti metamfetamin qrupu narkotiklərin istehsalı və topdan satışıdır, əsas istehsal müəssisələri Myanmanın Şan əyalətində yerləşir. Beləlikə, burada gəlib çıxırıq 2012-2022-ci illərdə Avstraliyaya 9,9 milyon ton kristal metamfetamin ixracına ki, burada da istehsal məkanı Myanmanın Şan əyalətindədir. Hansı ki, bu mövzuya “Asiatimes” nəşrində toxunulub. BMT-nin “Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi”nin açıqlamasına görə, Sam Qorun illik gəliri 17 milyard dollara çata bilir ki, bu da onun gücünə görə, Sinaloa karteli və ya Medellin kartelinə bərabər edir. “Sam Qor”a Çin əsilli Kanada vətəndaşı Tse Çi Lop rəhbərlik edir.
Burada bir maraqlı nüansı da vurğulayaq. Koronavirusun yayılması Çində Fransanın maraq zonasında, fransız avadanlıqları ilə təchiz edilmiş laboratoriyanın yaxınlığında başlayıb. Fransanın Çindəki maraq zonaları Şanxay, Uxan, yəni Hubei əyaləti və Sıçuan əyalətləridir. Hubey isə pandemiyadan əvvəl qlobal fentanil ticarəti mərkəzinə çevrilmişdi.
Britaniyanın tədarük zəncirlərini çökdürərək, “lokdaun” zərurəti kampaniyasını başlatdığını əzərə alsaq, belə nəticəyə gələ bilərik ki, 3 il dünyanı dəlixanaya çevriən pandemiyanın da məqsədi Vatikan və anlqosaks qütbü arasında beynəlxalq ticarətə nəzarət çarpışması idi. Hədəf ticarət yollarna və bazarlara nəzarəti Vatikandan almaqdır.
Stopnarkotik.az