Tehran uzun müddətdir İrandan çox uzaqlarda yerləşdirmək niyyətində olduğu “üzən terror bazaları” qurur".
Stopnarkotik.az məlumat verir ki, bu barədə mayın 22-də İsrailin Herzliya şəhərində keçirilən konfransda ölkənin müdafiə naziri Qalant bildirib və İranı mülki ticarət gəmilərini PUA-lar, eləcə də raket sistemləri ilə təchiz etməkdə ittiham edib.
İsrail hərbi kəşfiyyatı "AMAN"nın rəhbəri Aaron Xaliva İran və onun "buyruq qulu" olan hərbi qruplaşmalardan gələn təhdidləri vurğulayaraq deyib ki, Livan və Suriyanın etdiyi hücumları İsraillə İranyönlü Hizbullah arasında genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər. Xaliva fikrini belə ifadə edib: “Nəsrullah ( Hizbullah lideri) bütün bölgəni böyük müharibəyə sürükləyən səhvə yaxındır”.
Stopnarkotik.az