Türkiyənin Asiya və Avropanın kəsişməsində yerləşməsi və qeyri-leqal maliyyələşməyə qarşı yetərsiz nəzarət onu narkotik qaçaqmalçılığı üçün mühüm tranzit ölkəsinə çevirir. Ölkənin hakimiyyət orqanları bildirir ki, Türkiyədə və ətrafında fəaliyyət göstərən terrorçu qruplar narkotik qaçaqmalçılarına logistika, qoruma və s. dəstək verirlər.
Bu barədə beynəlxalq hesabatda söz açılır. Hesabata görə, böyük miqdarda heroin, kokain, kannabis, metamfetamin və digər sintetik narkotiklər Avropa ilə Asiyada satılmaq üçün Türkiyədən keçir. İran mənşəli narkotacirlər Türkiyənin narkotik ticarətində mühüm rol oynayırlar. Türkiyə Sintetik Narkotik Təhdidlərinə Qarşı Mübarizə üzrə Qlobal Koalisiyada iştirak edir. Türkiyə hökumətinin 2024-cü il "Milli Narkotik Hesabatı"na görə, 2023-cü ildə Türkiyə Milli Polisi təxminən 3,31 ton heroin; 77,9 ton marixuana, 21,4 ton həşiş, 2,5 ton kokain, 5.227.853 MDMA həbi, 13.760.337 kaptagon həbi, 157.343.758 kannabis bitkisi və 28.870.284 tablet sintetik dərman müsadirə edib.
Anti-narkotik strategiyasına dair hesabatda Türkiyənin əsas beynəlxalq narkotik qaçaqmalçılığı qruplarına, xüsusən də “Comanchero” və “Leijdekkers” qruplarına qarşı əməliyyatları vurğulanır. Belə ki, 2 iyun 2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları Gemlik limanında konteynerdə gizlədilmiş Latın Amerikasından göndərilən 373 kiloqram (kq) kokainin müsadirə edildiyini elan etdi və doqquz şübhəlini saxladı. 11 apreldə isə Türkiyə tarixində üçüncü ən böyük kokain müsadirəsi olan 608 kq kokainin müsadirə edildi. Təhlükəsizlik qüvvələri həmçinin “Dani Talal Avad Abuşanap” beynəlxalq narkotik sindikatının lideri olduğu iddia edilən Livan-Venesuela vətəndaşı da daxil olmaqla 13 nəfəri saxladı. 2023-cü ilin noyabr ayında İstanbul polisi ABŞ və Yeni Zelandiya hakimiyyəti tərəfindən də təqib edilən beynəlxalq mütəşəkkil cinayətkar dəstə ilə əlaqəli olduğu iddia edilən bir neçə şübhəlini, o cümlədən Avstraliyada narkotik qaçaqmalçılığına görə axtarışda olan Hakan Ayıkı həbs etdi.
Türkiyənin Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizəni əsas prioritet elan edib. Orqanlar Əfqanıstan və İrandan narkotik qaçaqmalçılığı ilə məşğul olan terrorçu qruplara qarşı mübarizə tədbirlərinə üstünlük veriblər. Hesabatlarda Türkiyədə qanunsuz narkotik istifadəsi region ölkələri ilə müqayisədə nisbətən aşağıdır, baxmayaraq ki, həm Türkiyə Narko Polisi, həm də Türkiyə Gömrüyü Türkiyədə qanunsuz narkotik istifadəsinin, xüsusən də metamfetamin və kokainin böyük artımda olduğunu bildirib. Çətənə yerli istehlak üçün idxal olunur və ya ölkə daxilində yetişdirilir. 2024-cü il “TNP Drugs 2025 INCSR” hesabatının 1-ci cild 365, 321-ci səhifəsinə görə, Türkiyədə qanuni kannabis istehsalı 20 əyalətə qədər genişlənib və 2023-cü ildə qəbul edilmiş tənzimləyici dəyişikliklər səbəbindən artıb. ABŞ tərəfindən dəstəklənən peşəkar təcrübə mübadilələri və avadanlıqları Türkiyə sərhəd mühafizəsi və Türkiyə gömrük orqanlarının potensialını gücləndirib və müsadirələrə müsbət təsir göstərib. Türkiyə qanuni tiryək xaşxaşının becərilməsinə və əczaçılıq morfin istehsalına ciddi şəkildə nəzarət edir və qanunsuz bazara açıq şəkildə yayınma yoxdur. 2023 və ya 2024-cü illərdə heç bir Türkiyə hökumət məmuru narkotik qaçaqmalçılığında və ya narkotik gəlirlərinin yuyulmasında iştirak etməkdə ittiham olunmayıb, lakin, bir neçə Türkiyə hüquq-mühafizə orqanı əməkdaşı narkotik maddələrlə əlaqədə ittiham olunub. Türkiyə mediası 23 avqust 2024-cü ildə Qaziantep əyalətinin cənubunda iki polis məmurunun təxminən 19 kq həşiş qaçaqmalçılığına görə həbs olunduğunu bildirib.
Stopnarkotik.az