İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 4 yüksək səviyyəli nümayəndəsini məhv edib.
Stopnarkotik.az xarici mediaya istinadən bildirir ki, bu barədə idarənin İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında məlumat verilib.
“Son bir neçə saat ərzində İsrail əsgərləri HƏMAS-ın dörd məşhur silahlısını məhv edib. Onların arasında HƏMAS-ın hərbi dəniz qüvvələrinin komandiri Cəmil Baba, eləcə də “Ət-Tuffah” batalyonunun tank əleyhinə bölməsinin rəisi Məhəmməd əl-Səfadi, tank əleyhinə bölməsində xidmət edən tanınmış terrorçu Mumin Əl-Hicazi və terrorçuların texniki-istehsalat şöbəsində yüksək vəzifə tutan Məhəmməd Avadallah da var”, - məlumatda qeyd olunub.