Göygöldə mühafizə polisinin əməkdaşı Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib.
Hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.
O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib.
Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub.
Faktla bağlı araşdırma aparılır.
***09:52
Göygöl şəhəri Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birindən meyit tapılıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Samux rayon sakini, 1982-ci il təvəllüdlü E.Nuriyevin həmin ünvanda kirayə yaşadığı evdə meyiti tapılıb.
Onun ölüm səbəbləri məlum deyil.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.